Dünya

Zəlzələdə dağılan binaları tikən 317 nəfər həbs olunub

Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində dağılan binaların tikintisində qanunsuzluğa yol verməkdə şübhəli bilinərək həbs olunanların sayı 317 nəfərə çatıb.

Jamaz.info “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button