Dünya

Zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.
Jamaz.info “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib ki, zəlzələdə ölən olmayıb:
“Bu, ən böyük təsəllimizdir”.
O həmçinin bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan mövcud durumla yaxından izləyir:
“Bəzi yerlərdə elektrik enerjisi kəsilib, amma tədricən bərpa edilir. Gün ərzində bu məsələ həllini tapacaq.
Zəlzələdən sonra 70-dən çox afterşoklar qeydə alınıb. Müxtəlif qurumlar, o cümlədən Qızıl Aypara Cəmiyyəti vətəndaşlarımıza kömək edir, dəstək olurlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button