Dünya

Zəlzələ bölgəsində son vəziyyət necədir? – Açıqlama

“Osmaniyədə güclü yağışın dayanması axtarış-xilasetmə işlərini nisbətən asanlaşdırıb”.

Jamaz.info xəbər verir ki, bunu Modern.az-a Beynəlxalq Jurnalistlər Şurasının Osmaniyə üzrə nümayəndəsi İsrafil Avcı zəlzələ ilə bağlı son vəziyyət barədə danışarkən deyib.

“Güclü yağış axtarış-xilasetmə işlərini çətinləşdirirdi. Digər tərəfdən təhlükə səbəbindən evlərinə girə bilməyən insanların isinməsində problem yaradırdı. İnsanlar məcbur qalıb ocaq qalayaraq isinirdi. İndi yağış dayanıb. Bu isə vətəndaşların istilik problemini qismən aradan qaldırıb. Maşınları olanlar orada gecələyir. Maşını olmayanlara da dəstək göstərilir. Çadırlarda qalan insalara yardım edilir. Eləcə də, Azərbaycandan da xilasetmə qrupları gəlib. Bu isə aparılan işlərə öz müsbət təsirini göstərəcək”, – deyə jurnalist bildirib.

İsrafil Avcı zəlzələdən sonra sakinlərin evlərinə daxil ola bilmədiklərini söyləyib:

“Buna səbəb mütəxəssislərin təhlükə xəbərdarlığıdır. Hazırda elektrik və təbii qazın verilişində problemlər müşahidə edilir. Eyni zamanda yanacaqdoldurma məntəqəsində də problemlər müşahidə edilir. Lakin dövlət mövcud problemlərin aradan qaldırılması üçün əlindən gələni edir. Axtarış-xilasetmə dayanmadan aparılır”.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3381 nəfər həyatını itirib, 20 426 nəfər isə yaralanıb. Həmçinin 5775 bina dağılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button