Dünya

Yunan mediası sızdırdı: Ankara və Afina bu məsələlərdə razılıq əldə ediblər

Yunan mediası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanistanın Baş naziri Kiriakos Miçotakis görüşünün pərdəarxasını işıqlandırıb.

Jamaz.info xəbər verir ki, Yunan qəzeti “Kathimerini” öz səhifəsinə Türkiyə ilə bağlı çoxsaylı xəbərləri “Ərdoğan: Yunanıstana qarşı heç vaxt F-16-lardan istifadə etməmişik, istifadə etməyəcəyik”, “Ərdoğan “F-16”-lar üçün hər zamankındən daha optimist olduğunu söylədi” kimi başlıqlarla yayımlayıb.

Məlumata görə, Türkiyə və Yunanıstan liderləri çərşənbə günü keçirilən görüşdə siyasi razılıq əldə ediblər.

Egey dənizi və Şərqi Aralıq dənizində uzun müddət sakitlik gətirəcək razılaşmanın üç fazası olduğunu qeyd edən “Kathimerini”, Türkiyə və Yunanıstan xarici işlər nazirlərinin birbaşa əlaqə saxlayacaqlarını və onların səlahiyyətlərinə aid olan məsələləri təftiş edəcəklərini qeyd edib.

Xəbərdə digər mərhələlər kimi hərbi etimad tədbirlərinin artırılması və müsbət gündəmin davam etdirilməsi də qeyd olunub.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button