Dünya

YSK bir milyondan artıq səsi etibarsız saydı

Ötən gün Türkiyədə keçirilən prezident və parlament seçkilərində 1 milyondan artıq səs etibarsız sayılıb.

Jamaz.info xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) məlumatında bildirilib.

Qeyd edək ki, Türkiyədə seçki qutularının 99.99 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 45 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,22 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,43 faiz səs qazanıb.

Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button