Dünya

Yaponiyadan Rusiyaya qadağa

Yaponiya Rusiyaya mühərrikinin həcmi 1.9 litrdən çox olan avtomobillərin tədarükünə qadağa qoya bilər.

Jamaz.info xəbər verir ki, bu barədə “Yomiuri” nəşri yazıb.

Məlum olub ki, Yaponiya hökuməti Rusiyaya hibrid avtomobillərin və elektromobillərin tədarükünə qadağa qoymağı da nəzərdən keçirir.

Sözügedən tədbirlər xarici ticarət qanunu Yaponiya Nazirlər Kabineti tərəfindən nəzərdən keçirildikdən və təsdiqləndikdən sonra bu ilin avqustunda tətbiq oluna bilər.

Məlumata görə, 2022-ci ildə işlənmiş yapon avtomobillərinin ümumi ixracının 26%-i Rusiyadan gəlib. Belə ki, son 1 il ərzində Yaponiyadan Rusiyaya təxminən 2 milyard dollar dəyərində 200 minə yaxın avtomobil gətirilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button