Dünya

Xersonla Krımın arası bombalandı – Şoyqudan sərt reaksiyai

Ukrayna Silahlı Qüvvələri (APU) Xerson vilayəti ilə Krım arasındakı sərhəddə Çonqorski körpüsünə raket zərbələri endirib, həmçininn atəşə tutub.

Jamaz.info xəbər verir ki, bu barədə “İzvestisiya” məlumat yayıb.

Yarımadanın rəhbəri Sergey Aksenov bildirib ki, itkilər barədə məlumat verilməyib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bir neçə gün əvvəl bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri Krıma HIMARS və “Storm Shadow” raketləri ilə zərbə endirməyi planlaşdırır.

O deyib ki, bu, ABŞ və Böyük Britaniyanın münaqişəyə tam cəlb olunması anlamına gələcək:

“Xüsusi əməliyyat zonasından kənarda “HIMARS” və “Storm Shadow” raketlərinin istifadəsi Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə dərhal zərbələr endirilməsi ilə nəticələnəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button