Dünya

“Xerson yaxın vaxtlarda azad ediləcək”

“Xerson yaxın vaxtlarda azad ediləcək. Bu, beş-yeddi gün, bəlkə də, iki-üç həftə ərzində baş verə bilər”.

JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin müşaviri Aleksey Arestoviç bildirib.

Onun sözlərinə görə, Rusiyanın müdafiə ilə bağlı planları məlum deyil, lakin şəhərin ələ keçirilməsi qaçınılmazdır. Arestoviç hesab edir ki, Ukrayna Silahlı Qüvvələri geri çəkilən qoşunlara maksimal dərəcədə atəş açsa da, Rusiya yenə də qoşunlarının xeyli hissəsini çıxara biləcək.

Xersonun itirilməsi Ukraynanın xeyrinə strateji, mənəvi və siyasi dönüş nöqtəsidir.

“Strateji dönüş nöqtəsi baş verdi. Bu, İkinci Dünya müharibəsində Şərq cəbhəsi üçün Stalinqrad döyüşünə bənzəyir. Vəssalam, bundan sonra Rusiyada heç kim artıq bu müharibənin uğuruna inanmayacaq”, – deyə Arestoviç vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button