Dünya

Xameneinin bacısı qızına 15 il həbs verildi

İranın ali rəhbəri Seyid Əli Xameneinin bacısı qızı Fəridə Muradxani xüsusi ruhani məhkəməsində mühakimə olunub.

Jamaz.info xəbər verir ki, İranın hakim rejiminə qarşı çıxaran Fəridə Muradxani 15 il müddətinə həbs cəzasına məhkum edilib.

Onu vəkili Məhəmməd Hüseyn Ağassi məlumatı təsdiqləyib. Bildirib ki, məhkəmə Fəridə Muradxanini ruhani olmamaqda ittiham edib.

Xatırladaq ki, hüquq müdafiəçisi Fəridə Muradxani noyabrın 23-də saxlanılıb. Onun mətbuata açıqlamalarında hakimiyyət əleyhinə sərt fikirlər səsləndirməsi, molla rejimini tənqid etməsi xüsusilə diqqət çəkib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button