Dünya

Vladislav Şurıqin: “Rusiya Ukraynanı iki yerə bölmək istəyir”

Ukrayna ordusu Donbasda lokal hərbi əməliyyatları davam etdirir. JAMAZ.İNFO xəbər verir ki, bu gün səhər saatlarında Kiyev hərbçiləri Qorlovka rayonuna 24 ədəd T-72 tankı çıxarıblar.

ATƏT-in bölgədəki missiyasının yaydığı məlumata görə, Ukrayna ordusu həmin tankları 10 km düz xətt boynca düzərək, döyüşlərə hazırlaşır. Missiya baş verənlərdən narahat olduğunu bildirib.

Bu əsnada, hərbi ekspert Vladislav Şurıqin qəribə açıqlama ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, o, əgər Ukraynada başqa ölkələrin hərbi bazası qurularsa, Rusiyanın sərt münasibəti ilə üzləşməli olacaq. “Mümkün versiyalardan biri odur ki, hərbi münaqişə baş qaldıracaq. Bu, o deməkdir ki, faktiki cəbhə xətti başqa istiqamətlərə doğru bir neçə yüz kilometr çəkiləcək”.

O hesab edir ki, xarici dövlətlərə məxsusu qoşunların Ukraynada yerləşərsə, Rusiya Kiyevi sülhə məcbur etmək üçün əməliyyata başlayacaq. “Moskva ilk addımları atdıqdan sonra NATO işə qarışacaq və öz qoşunlarını Summi-Odessa xətti boyunca yerləşdirəcək. Hadisələrin bu gedişi imkan verməyəcək ki, rus ordusu Xerson və ya Odessa vasitəsilə Dnestryanıya çatsın”.

Lakin Şurıgin əmindir ki, bu halda Ukrayna iki yerə bölünəcək: Cənub və şimal-qərbə.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button