Dünya

Vardanyan BBC-də pis vəziyyətə düşdü – O, Putini işğalçı adlandırmaq istəmədi

Özünü Qarabağdakı erməni separatçıların “dövlət naziri” adlandıran milyarder Ruben Vardanyan BBC-nin “Hard Talk” verilişində aparıcı Stephen Sackurun suallarını cavablandırıb.

Jamaz.info-nun məlumatına görə, müsahibə zamanı Vardanyan dəfələrlə sərt suallar qarşısında çıxılmaz vəziyyətə düşərək, onlara cavab verə bilməyib.

Məsələn, o, Rusiyanın Ukraynada başlatdığı təcavüzkar müharibəyə münasibət bildirməkdən yayınmağa çalışsa da, aparıcının “Siz Putunin Ukraynanı işğal etməsini pisləyəcəksinizmi” sualı qarşısında “mən xalqımın müdafiəsi naminə bu suala cavab vermək istəmirəm, susuram”, deyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button