Dünya

“Vaqner” fəaliyyətinə davam edəcək: “Əmr verəcək komandirlərimiz var”

Dünən Rusiyada baş verən müəmmalı təyyarə qəzasında təkcə Rusiyanın deyil, həmçinin dünyanın bir çox ölkələri üçün başağrı sayılan “Vaqner” təşkilatının rəhbəri və müavini ölüb.

JAMAZ.İNFO xəbər verir ki, hərbi təşkilatın rəhbəri Yevgeni Priqojin və onun sonuncu komandir Dmitri Utkinin ölümündən sonra “Vaqner”in hansı addım atacağı maraqla izlənilir. Gələn xəbərlərə görə, hərbi təşkilatın rəhbərliyi şuranın iclasını çağırıblar. Onlar Priqojin və Utkinin ölümünün dəqiq səbəbi açıqlandıqdan sonra atacaqları addımlarla bağlı qərar verəcəklər.

Həmin məlumatlarda deyilir ki, “Vaqner”də Priqojin və digər rəhbərlərin ölümü halında işləyəcək mexanizm mövcuddur. Konkret hansı mexanizmlərdən bəhs olunmasa da, bilinən odur ki, proses avtomatik işə düşür. Yəni, avtomatik yeni rəhbərlik seçilir və o fəaliyyətini davam etdirir.

“Vaqner Mərkəzi” şirkətinin bir neçə nümayəndəsi isə bildirib ki, ofis fəaliyyətini dayandırmayacaq. Onlar qeyd ediblər ki, bundan sonrakı fəaliyyətlə bağlı göstəriş verə biləcək komandirlər var.

Lakin “Vaqner”in bazasından başqa xəbərlər də gəlir. Həmin xəbərlərdə hərbi təşkilatın üzvlərinin narazılıqları, Rusiya hakimiyyətinə qarşı silahlı müqavimət göstərilməsi məsələlərindən bəhs olunur. “Vaqner” üzvləri hesab edirlər ki, Priqojin və Utkin məhz Kremlin sui-qəsdinə məruz qalıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button