Dünya

Vaaqn Aleksanyan: “Ermənistan müxalifəti ölkəni tövlə kimi görür”

Ermənistan parlamentinin üzvü, deputat Vaaqn Aleksanyan müxalifətlə bağlı sərt çıxışları ilə tanınır. Nikol Paşinyanın rəhbəri olduğu “Mülki Müqavilə” Partiyasından mandat qazanan Aleksanyan ötən gün parlamentdə Qarabağ separatçılarının əski parçasını çıxarıb, atmaqla da yadda qalıb.

JAMAZ.İNFO xəbər verir ki, bu gün erməni deputat müxalifət liderlərini tövlər başçısı olmaqda ittiham edib. “Mən müxalif partnyorlarımızın hərəkətlərində məntiq axtarmağı çoxdan tərgitmişəm. Biz tövlə yox, dövlətik deyəndə, onlar bunu başa düşmürlər. Təəssüf ki, Ermənistanda bu ifadəyə qarşı öz dar düşüncəsi ilə müqavimət göstərən insanlar var. Onların məntiqinə görə, Ermənistan dövlət yox, tövlədir. Həmin müxalifətçilər də dövlətin deyil, məhz tövlənin başçısı və ya rəis müavini olmağa iddia edilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button