Dünya

Ukraynaya gedən gəmi Türkiyə sahillərində batdı

Türkiyənin xilasetmə xidmətləri Aralıq dənizində Ukraynanın İzmail limanına gedən ticarət gəmisinin 9 ekipaj üzvünü axtarır.
Jamaz.info xəbər verir ki, bu barədə TASS “Dəmirörən” agentliyinə istinadən məlumat yayıb.
Antalya vilayətinin qubernatoru Ersin Yazıçının sözlərinə görə, gəmidə 14 ekipaj üzvü olub, onlardan 5-i xilas edilib.
Türkiyə Sahil Mühafizəsinin açıqlamasında bildirilir ki, aprelin 5-də yerli vaxtla saat 03:47-də Kumluca şəhəri sahillərində İskəndərun-İzmail marşrutu ilə hərəkət edən Qvineya-Bisau bayraqlı gəmi batıb. Axtarış-xilasetmə əməliyyatına iki helikopter və Sahil Mühafizəsinin bir təyyarəsi cəlb olunub. Hadisə ilə bağlı Kumluca Baş Prokurorluğu araşdırma başladıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button