Dünya

Ukraynaya “Bayraktar”ların yeni partiyası göndərildi  

Ukraynaya Türkiyədən yeni “Bayraktar TB-2” PUA-ları gətirilib. UNIAN xəbər verir ki, bu barədə martın 1-də Ukraynanın müdafiə naziri Oleksiy Reznikov məlumat verib. 
Onun sözlərinə görə, PUA-lar döyüşə hazır vəziyyətdədir. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, artıq “Bayraktar”lar yüzlərlə Rusiya hərbi texnikasını sıradan çıxarıb. Qurum PUA-ların əməliyyatları barədə görüntüləri mütamadi şəkildə yayımlayır. Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatları qınamış və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirmişdi. Bununla belə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bəyan edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button