Dünya

Ukraynanın NATO üzvlüyü soyuq baş və isti ürəklə həll edilməlidir

“Ukrayna yalnız müharibə başa çatdıqdan sonra NATO-ya qəbul edilə bilər”.

Jamaz.info xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius ZDF-yə müsahibəsində deyib.

O bildirib ki, Kiyev üçün Alyansın qapısı “azca açılıb”, lakin indi belə qərarlar qəbul etmək vaxtı deyil.

“Amma hətta müharibə bitdikdən sonra da bu addım yaxşı düşünülməlidir və Ukraynanın üzvlük məsələsi soyuq baş və isti ürəklə həll edilməlidir. Əksinə yox”, – o əlavə edib.

Xatırladaq ki, NATO-nun baş katibi dünən Kiyevdə bildirib ki, Ukrayna yalnız Rusiya üzərində qələbədən sonra alyansa qəbul edilə bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button