Dünya

Ukraynalılar bu ölkədə 2 il vizasız qala biləcək

Ukraynalılar Gürcüstanda iki il vizasız qalmaq hüququ əldə ediblər.

Jamaz.info “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, Gürcüstan ukraynalıların öz ərazisində vizasız qalma müddətini iki ilədək uzadıb.

Hökumət Ukrayna vətəndaşlarının Gürcüstana vizasız daxil olmasına və bir il ərzində ölkədə qalmasına icazə verən normaya düzəliş edib.

Xatırladaq ki, yanvar ayında Ukraynanın Tbilisidəki səfirliyinin rəhbəri Andrey Kasyanov müsahibəsində Gürcüstanla Rusiya arasında birbaşa uçuşlar bərpa olunacağı və ölkədəki ukraynalıların həyatı üçün təhlükə yaranacağı təqdirdə, Kiyevin onların evakuasiya edəcəyini bildirmişdi.

Buna cavab olaraq, Gürcüstan Xarici İşlər Nazirliyi bildirib ki, ölkədə ukraynalıların təhlükəsizliyi üçün heç bir risk yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button