Dünya

Ukraynalı qadın iki oğlunu və bacısını ruslardan necə xilas edib? – 30 km piyada gəliblər

Ukraynada müharibə fəalkəti davam edir. Rusiyanın işğalçılıq siyasəti nəticəsində ölkənin bir çox şəhərləri xarabalığa çevrilib. Bir neçə şəhərində isə insanlıq dramları yaşanır.

JAMAZ.İNFO xəbər verir ki, Buşa şəhərində baş verən qətliamdan sonra analoji hadisələr İrpen, Mariupol və Üzüm şəhərində də təkrarlanmağa başlayıb. Mariupolda 20 minə yaxın mülki əhali öldürülüb. Minlərlə insanın aqibətindən xəbər yoxdur.

Üzüm şəhərində isə vəziyyət daha dramatik şəkil almağa başlayıb. Rusların ardıcıl raket və artilleriya zərbələri nəticəsində şəhərdə daş daş üstündə qalmayıb. Şəhər sakinləri öz doğma evlərini tərk etmək üçün min bir əziyyətə qatlaşırlar. Bu günlərdə isə ukraynalı ailənin dramatik olayı ölkədə gündəm olub.

Nadiya adlı Üzüm  sakini bombardman, aclıq və susuzluqdan canını qurtarmaq üçün şəhəri tərk etmək məcburiyyətində qalıb. O, iki oğlunu və bacısının da həyatını qurtarmaq qərarına gəlib və məşəqqətli bir yol seçib. UNİAN-a verdiyi açıqlamasında Nadya deyib ki, gündüzlər şəhərə çıxmaq mümkün deyil. “Başımıza yağan raket və mərmi zərbələrindən nə edəcəyimizi bilmirdik. Su, yemək yox idi. İki oğlum və bacımın həyatını xilas etmək məcburiyyətindəydim. Ona görə də, qərara gəldim ki, rusların əlinə keçmədən şəhərdən qaçım”.

Nadya oğlanları və bacısını xilas etmək üçün gecə ilə yola çıxıb və düz 30 km yolu piyada gəlməli olub. “Bir yandan qaranlıq, yolu aza bilərdik. Ddigər tərəfdən də rusların əlinə keçə biləməyin qorxusu. Dəhşətli anlar idi. Biz onların əlinə keçsəydik başımıza hansı müsibətlər gələcəkdi, təsəvvür edə bilmirəm. Ona görə də, bir dəqiqə belə istirahət etmədən, gizlənə-gizlənə qaçmalı olduq. 30 km-i piyada gəldikdən sonra Ukrayna ordusunun əsgərləri ilə rastlaşdıq. Onlar bizi təhlükəsiz yerə çıxardılar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button