Dünya

Ukraynadakı müharibə Kremlə neçəyə başa gəlir?

Rusiya prezidenti Putin öz ambisiyalarına və Ukraynada genişmiqyaslı müharibəni davam etdirmək istəyinə görə bütün dünyada geosiyasi kampaniyalar aparmaq imkanını itirir. O, Ukraynaya qarşı təcavüzə daha çox pul xərcləməyi planlaşdırır ki, bu da Rusiyanın büdcəsinə böyük zərbə vuracaq.
Jamaz.info xəbər verir ki, Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) ekspertləri yeni hesabatında Kremlin itkilərini üzə çıxarıb və Putinin məhz hansı imkanları itirdiyinə işarə ediblər.
Onlar öz təhlillərində Putinin 2023-cü il büdcəsində müdafiə, təhlükəsizlik və hüquq-mühafizə orqanlarına 9 trilyon rubldan çox (təxminən 143 milyard dollar) ayrılması ilə bağlı qanun imzaladığına dair məlumatlara istinad ediblər.
“Dünya Bankının məlumatına görə, bu məbləğ 2021-ci ildə Rusiyanın ümumi daxili məhsulunun təxminən 8%-ni təşkil edir. Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın müdafiə xərcləri əhəmiyyətli dərəcədə artıb və Rusiyanın 2023-cü il üçün ümumi büdcəsinin 30%-dən çoxunu təşkil edəcək. Beləliklə, Putin Ukraynadakı müharibə üçün büdcəsini tükətməkdə davam edir və bu prosesdə o, digər beynəlxalq və ya daxili kampaniyaların maliyyələşdirilməsini dayandırmalı ola bilər. ISW çoxdan hesab edir ki, Rusiya qüvvələri Suriya, Dağlıq Qarabağa kimi digər münaqişə zonalarından texnika və şəxsi heyəti köçürür və Ukraynada uzun sürən müharibənin davam etdirilməsi lehinə digər hərbi əməliyyatlardan və yumşaq güc əməliyyatlarından imtina edə bilər”, – ekspertlər bildirib.
Analitiklərin fikrincə, Putin Ukraynada müharibəni davam etdirmək istəyi ilə onu nəyin təhdid etdiyini başa düşmür. O, qısa müddətdə geosiyasi ambisiyalarını qurban vermək istəmir, ona görə də maliyyə çətinlikləri ilə üzləşməli olacaq.
“Məsələn, Putin Rusiyanın Mərkəzi Asiyadakı mövqeyini bərpa etmək cəhdlərini davam etdirərək, Rusiya, Qazaxıstan və Özbəkistan arasında üçtərəfli ittifaqı noyabrın sonunda və dekabrda Qırğızıstanın paytaxtı Bişkekdə Ali Avrasiya İqtisadi Şurasının iclasında uğursuz şəkildə təklif edib”, – ekspertlər qeyd ediblər.
ISW həmçinin Rusiya Federasiyasının təbliğatçıları və qondarma “hərbi müxbirləri”nin Kremlin xərcləmələrindən narazılıqlarını artıq ifadə etdikləri barədə məlumat verib. Belə ki, onlar Putinin Tacikistanda rusdilli məktəblərin yaradılmasına milyardlarla rubl xərcləməsindən narazıdırlar. Təbliğatçılar hesab edirlər ki, Putin Rusiya büdcəsini lazım olmayan şəkildə xərcləyir.(Qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button