Dünya

Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadıldı

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin müddəti 90 gün uzadılıb.

Jamaz.info xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, qərar Ukrayna parlamentinin bu gün keçirilən iclasında qəbul olunub. Qərarın müzakirəsi zamanı 347 nəfər lehinə səs verib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibənin başlanmasından indiyə qədər ölkədə hərbi vəziyyətin müddəti səkkizinci dəfə uzadılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button