Dünya

Ukraynada 20 general öldürülüb, Çin gizlicə ruslara yardım edir – Yapon kəşfiyyatı

Yaponiya kəşfiyyatı Ukraynada 20 rus generalının öldüyünü açıqlayıb.
Jamaz.info xəbər verir ki, bu barədə Nikkei Yaponiya kəşfiyyatının ABŞ və Avropa ölkələri ilə birgə topladığı məlumatlara istinadən bildirib.
Kəşfiyyat analitiklərinin fikrincə, rus generallar şəxsən yüzlərlə və minlərlə əsgərə komandanlıq edir:
“General ölümlərinin çox olması rusiya hərbçilərinin hazırlıq səviyyəsinin aşağı olduğunu göstərir”.
Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Kiyefumi İvata generalların ölüm sayını “inanılmaz dərəcədə yüksək” adlandırıb. O qeyd edib ki, amerikalı generallar demək olar, döyüşlərdə həlak olmurlar:
“Yəqin ki, Ukrayna ordusu generalların yerini müəyyən etmək üçün mobil telefon siqnallarının izlənilməsindən istifadə edib. Bu, Moskvanı cəbhədə mobil telefonlardan istifadəni qadağan etməyə məcbur edib”.
İvata öldürülən generalların qeyri-adi çoxluğunu Ukraynanın kiberməkanda üstünlüyü, yapon kəşfiyyatının yüksək rütbəli rəsmisi isə Kiyevin Rusiya ordusu tərəfindən işğal olunmuş ərazilərdəki informasiya şəbəkəsi ilə əlaqələndirib.
Yapon kəşfiyyatının nümayəndəsi həmçinin bildirib ki, Moskvanın döyüş meydanındakı uğursuzluqları fonunda çox güman ki, Çin Rusiya ordusuna gizli yardım göstərməyə başlayıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button