Dünya

Ukrayna xəritədən silinəcək – Medvedevdən iddia

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, “Ukrayna heç kimə lazım deyil, ona görə də bir dövlət kimi Yer kürəsinin xəritəsindən silinəcək”.

Jamaz.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bundan əvvəl Medvedev bildirmişdi ki, NATO-nun sülhməramlıları adlandırılan hərbçilər Ukraynada təmas xəttində olarkən Rusiyanı təhdid etsələr, rus ordusu üçün qanuni hədəfə çevriləcək və onlar dərhal məhv ediləcək.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button