Dünya

Ukrayna qüvvələri güclü təzyiqə məruz qalacaq

Rusiyanın Donetsk vilayətində hücum əməliyyatları yaxın həftələrdə ora daha çox səfərbər edilmiş qoşunlar, Xersondan çıxarılan qüvvələrin hesabına intensivləşəcək.

JAMAZ.İNFO xəbər verir ki, bölgədəki Ukrayna qüvvələri güclü təzyiqə məruz qalacaq.

“Kiyev Rusiyanın bu canlanmış hücumlarından müdafiə üçün qoşunlarını yenidən yerləşdirməli olacaq. Ruslar səylərə baxmayaraq, çətin ki, əhəmiyyətli döyüş uğurları əldə etsinlər. Rusiyanın səfərbər edilmiş hərbiçiləri özlərini kifayət qədər hazırlıqsız, zəif təchiz olunmuş və döyüşməyə çox həvəssiz olduqlarını göstəriblər. Onlar böyük qrup halında yox, əksinə doqquz aydır fasiləsiz döyüşən, canlı qüvvə və texnika itkilərinə məruz qalan, əsasən ruhdan düşmüş bölmələri əvəz etmək üçün fərdi və ya kiçik hissə kimi göndərilir”,-deyə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb..

Məlumatda qeyd olunub ki, general Surovikinin ordunu genişmiqyaslı hücum, mexanikləşdirilmiş manevr müharibəsi aparmağa qadir bir qüvvəyə çevirə bilməsi ehtimalı çox azdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button