Dünya

Ukrayna Polşadan 100 ədəd zirehli maşın alacaq

Ukrayna Polşadan 100 ədəd “Rosomak” zirehli maşını alacaq.

Jamaz.info xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski “Twitter” hesabında yazıb.

O qeyd edib ki, zirehli maşınların təhvil verilməsi Avropa İttifaqı ölkələri və ABŞ tərəfindən maliyyələşdiriləcək.

“Rosomak”lar ən yüksək səviyyəli personal daşıyıcılarıdır. Bu satınalma Aİ və ABŞ pulu ilə ödəniləcək”, – Moravetski yazıb.

Qeyd edək ki, “Rosomak” zirehli transportyorları Polşa Silahlı Qüvvələrinin flaqmanıdır. Təkərli zirehli transportyor bir çox modifikasiyada istehsal olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button