Dünya

Ukrayna ordusunun arsenalındakı tankların sayı necə artıb?

Müharibə dövründə Ukrayna ordusunun arsenalındakı tankların sayı artıb. JAMAZ.İNFO xəbər verir ki, bu artım xaricdən alınan hərbi texnika ilə əlaqəsi yoxdur.

Belə ki, fevralın 24-dən başlayan Rusiyanın işğal prosesində Kiyev ordusu 74 tank itirib. Onlardan bir qismi döyüşlərdə vurulub, bir qismi isə düşmənin əlinə keçib. Lakin Rusiya ordusu Ukraynada 1 ay ərzində 274 tank itirib ki, onun da 117 ədədi Ukrayna ordusunun əlinə qənimət olaraq keçib.

“Forbes” jurnalı yazır ki, Ukraynanın itirdikləri ilə əldə etdiklləri arasında fərq 43 tankdır. Onların hamısı hazırda Ukrayna ordusu tərəfindən döyüşlərdə istifadə olunur. Yəni, Ukrayna ordusu itirdiyi tanklardan 43 ədəd çox tank əldə edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button