Dünya

Ukrayna ordusu daha bir rayonu bütünlüklə işladan azad etdi

Ukrayna ordusunun Xerson vilayətində hərbi əməliyyatları davam edir. JAMAZ.İNFO xəbər verir ki, dünən gecədən başlayan əməliyyat nəticəsində vilayətin 12 kəndi işğaldan azad edilib.

Az öncə isə Berislavski rayonun rəhbəri Vladimir Litvinov bildirib ki, Ukrayna ordusu daha bir uğura imza atıb. Belə ki, bu gün Berislavski rayonunun ərazisi bütünlüklə rus işğalçılardan azad edilib. Lakin rayonda bir sıra ciddi problemlər var ki, onların aradan qaldırılması istiqamətində işlər görülür. “Ruslar rayondakı bütün kritik infrastrukturları, meşə zolaqlarını, yolları, hətta yaşayış binalarını minalayıblar. Hazırda ərazinin minalardan təmizlənməsi prosesi həyata keçirilir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button