Dünya

Ukrayna müharibəsində qış üçün şok proqnoz

Xersonun işğalçılardan azad edilməsindən sonra Ukrayna hərbçiləri Krımın kənarında Rusiyanın mövqelərinə HİMARS ilə zərbələr endirə biləcəklər.

JAMAZ.İNFO xəbər verir ki, bunu ABŞ-nin Avropadakı qoşunlarının keçmiş komandanı, istefada olan general Ben Hoces mətbuata açıqlamasında deyib.

Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin rəhbəri Serhiy Kuzan hesab edir ki, Xerson vilayətində Dnepr çayının sağ sahilinə daxil olması nəticəsində Ukrayna müdafiə qüvvələri siyasi, hərbi və mənəvi üstünlüklər əldə edib.

Qərb analitiklərinin fikrincə, Rusiya ordusu zəif təchiz olunub və qış müharibəsinə pis hazırlanıb, buna görə də atəşkəs tələb edəcəklər.

Britaniyanın Kral Birləşmiş Xidmət İnstitutunun analitikləri bildiriblər ki, Ukraynanın hücumu səngisə və ya yaza qədər dayansa, Kreml üçün çox faydalı olacaq. Çünki yeni əsgərlərin hazırlanması üçün vaxt lazımdır. Eyni zamanda, analitiklər hesab edirlər ki, Kreml Ukraynanı məhv etmək planlarından əl çəkməyəcək. Ona görə də ekspertlərin fikrincə, bu qış hücum əməliyyatından imtina etmək Ukraynanın maraqlarına uyğun deyil.(ölkə.az)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button