Dünya

Ukrayna Lukyanovkanı da azad etdi: 40 rus hərbçisi öldürüldü

Kiyev ətrafında bəzi uğurlar var. Düşmən daha da sıxışdırılıb. Dünən sol sahildə Barışevka ərazisində yaşayış məntəqələrinə, məsələn, Lukyanovkaya uğurlu hücum olub. O, tamamilə azad edilib. Ora işğalçıların bir növ qalası idi. Bir neçə yüz əsgər, tank və texnika var idi. Avadanlıqlar yandırıldı, tanklar sıradan çıxarıldı, bəzi texnikalar qənimət kimi ələ keçirildi. Təəssüf ki, yalnız 40 işğalçını məhv edə bildik, bu məlumat dəqiqdir, qalanları qaça bildi, bir hissəsi meşədə gizləndi. Ordumuz indi onları axtarır və tapdıqları yerdə məhv etməyə çalışır” – deyə Kuzık bildirib..

O, həmçinin əlavə edib ki, Ukraynada hazırda müharibədən əvvəlki dövrlə müqayisədə daha çox tank və zirehli texnika var. Bu, qənimətlərin və zədələnmiş tankların təmir edilməsi hesabına baş verib”.
Bu gün yayılan digər bir məlumata görə isə, Zaporojye vilayətinin Malinovka kəndi də işğalçılardan geri alınıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button