Dünya

Ukrayna dronları Bryansk DİN binasına hücum etdi

Bryansk vilayətinin qubernatoru Oleksandr Boqomaz Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarənin bölgəyə hücumu barədə məlumat verib.
Jamaz.info xəbər verir ki, onun sözlərinə görə, hadisə ötən gecə baş verib.
“Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatı Bryansk vilayətinin Trubçevski rayonunda Daxili İşlər İdarəsinin binasına hücum edib”, – Bryansk vilayətinin başçısı öz “Telegram” kanalında yazıb.
Rayon rəhbəri qeyd edib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin rayon polis şöbəsinin binasında ziyan qeydə alınıb – “damın, pəncərələrin dağıdılması qeydə alınıb”. Hazırda hadisə yerində əməliyyat xidmətləri işləyir.
Ötən gecə Rostov vilayətinin Taqanroq yaxınlığındakı kənddə pilotsuz təyyarə qəzaya uğrayıb. Bundan əvvəl Krıma, eləcə də Moskva və Moskva vilayətinə pilotsuz təyyarələrin hücumu barədə məlumat verilmişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button