Dünya

Ukrayna bu qədər ərazini Rusiyadan geri aldı

Ukrayna Silahlı Qüvvələri cənub istiqamətində 180 kvadrat kilometr ərazini Rusiya işğalından azad edib.

Jamaz.info “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, həmçinin 68 Rusiya hərbçisi əsir götürülüb.

“Ukraynanın cənubda son bir həftə ərzində itkiləri düşmənin itkilərindən 5.3 dəfə, şərqdə isə düşmənin itkilərindən 8 dəfə az olub”, – məlumatda deyilir.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button