Dünya

Ukrayna bir gündə  28 kənd və qəsəbəni işğaldan azad etdi

Ukrayna Silahlı Qüvvələri Polesski və Siverski istiqamətlərində 28 yaşayış məntəqəsini rus işğalçılarından azad edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumatda deyilir ki, Polesye istiqamətində Demidov, Dymer, Litvinovka, Gavrilovka, Kozaroviçi, Jotneve, Qlebovka, Yasnoqorodka, Talakun, Suxoluçye, Lipovka, Gavronşçina, Nikolaevnaya, Xolovkamel və Xmelnaya kənd və qəsəbələri ruslardan təmizlənib.

Seversk istiqamətində isə Rudnya, Şevçenkovo, Bobrik, Staraya Basan, Novaya Basan, Makeevka, Poqrebı, Baxanovka, Vladimirovka, Şnyakovka, Salnoe, Sofiyivka və Qavrilovka  kəndləri azad edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button