Dünya

Ukrayna Belarus sərhədində genişmiqyaslı təlimlərə başladı

Ukrayna Belarus yaxınlığında hərbi təlim keçirib.

Jamaz.info xəbər verir ki, bu barədə Ukraynanın “Stratkom” orqanı rəsmi “Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, Təhlükəsizlik Xidməti Rivne vilayətinin sərhədyanı ərazilərində genişmiqyaslı əks-təxribat təlimi keçirib. Təlimdə şimal sərhədindən gələn şərti düşmənin təxribat və kəşfiyyat qruplarının zərərsizləşdirilməsi test edilib.

Xüsusi taktiki tədbirlər real şəraitə mümkün qədər yaxın aparılıb.

Təlimlərdə Ukrayna Təhlükəsizlik Xidmətinin, Ukrayna Silahlı Qüvvələrinin, Milli Polisin, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin, Milli Qvardiyanın bölmələri, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının nümayəndələri iştirak ediblər.

Koordinasiya qrupunun qiymətləndirmələrinə əsasən, təlimlərin iştirakçıları Ukraynanın şimal-qərbində sərhədyanı ərazilərdə mümkün təxribat təhlükələrinin qarşısının alınması üçün idarələrarası qarşılıqlı fəaliyyətin alqoritmlərini hərtərəfli işləyiblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button