Dünya

Ukrayna azad edilən ərazilərin sahəsini açıqladı

Ukrayna hərbçiləri əks-hücum əməliyyatına başlayandan bəri ölkənin cənubunda və şərqində təxminən 241 kvadratkilometr ərazini azad edə bilib.
Jamaz.info Report-a istinadən xəbər verir ki, bu barədə telemarafonun efirində Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
“Baxmut istiqamətindən danışsaq, orada 2 kvadrat kilometr, toplamda isə artıq 37 kvadratkilometr ərazi azad edilib. Cənubdan danışsaq, son bir həftə ərzində 12 kvadratkilometrdən çox ərazi, toplamda isə 204 kvadratkilometrdən çox ərazi azad edilib”, – o deyib.
Nazir müavini hazırda Ukrayna ordusunun bütün istiqamətlərdə tədricən irəliləməyə davam etdiyini diqqətə çatdırıb. “Şərqdə bu, təkcə Baxmut istiqaməti deyil, amma orada möhkəmlənmək lazımdır. Belə olduqda uğurlar haqqında məlumatlar verilə biləcək”, – nazir müavini söyləyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button