Dünya

Ukrayna əraziləri Belarusiyadan vuruldu: 4 ballistik raket atılıb

Rusiya Ukraynanı işğal etmək üçün Belarusiyanın da imkanlarından yararlanmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu gün səhər saatlarında Belarusiya istiqamətindən Ukrayna ərazilərinə hərbi qüvvə çıxarılması barədə məlumat yayılmışdı.

Belarusiya prezidenti Lukaşenko mətbuata verdiyi aşıqlamasında ölkəsinin Ukraynaya heç bir hərbi müdaxilə etmədiyini söyləyib. O deyib ki, Belarusiya ərazisində olan rus ordusunun hücuma keçməsi yüksək ehtimaldır. “Lakin Belarusiya ordusu zərurət olarsa, hərbi əməliyyatlara qoşula bilər”.

Az öncə isə Ukrayna Daxili İşlər Nazirliyi açıqlama yayaraq, bildirib ki, Belaruisya ərazisindən ölkənin cənub-qərbinə 4 ballistik raket atılıb. Rusiyanın son saatlarda Ukraynaya 203 raket atdığı da qeyd olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button