Dünya

Türkiyənin gələcək siyasətinin konturları

Mən düşünmürəm ki, bizim Aİ-yə üzvlük prosesimiz tezliklə baş verəcək. Qeyd edim ki, bu, bizim günahımız deyil.

Jamaz.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O əlavə edib ki, Ankara Latın Amerikası, Afrika və Fars körfəzi ölkələri ilə əlaqələri inkişaf etdirməyə davam edəcək.

Qeyd edək ki, Türkiyə 1987-ci ildə Aİ-yə üzvlük üçün müraciət etsə də, üzvlük danışıqları yalnız 2005-ci ildə başlayıb. 2016-cı ildə Türkiyə Birlik ölkələri üçün vizaları ləğv edib. 2022-ci ilin fevralında Ukrayna prezidenti Vladimir Zelenski ölkənin Aİ-yə daxil olması üçün müraciət edib, iyunda Kiyev namizəd statusu alıb. “Politico” yazıb ki, Aİ genişlənmə zamanı Ukrayna və Türkiyə arasında seçim etməli olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button