Dünya

Türkiyəni Avropa Birliyinə buraxacaqlar? – Rusiyadan etiraf

Türkiyə İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edəcəyinə söz verməklə, Avropa Birliyində yer almaq üçün alver etməyə çalışır. Yəqin ki, bu dəfə ölkənin sözügedən istiqamətdə səylərinin uğurlu ola biləcəyi ehtimalı var.

Jamaz.info xəbər verir ki, bunu “Lenta.ru” ilə söhbətində Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa deyib.

“Türkiyə ticarət edir. O, AB-də yer almaq üçün bazarlıq edir. Ölkə uzun illərdir ki, birliyə qoşulmağa çalışır. Səhv edə bilərəm, amma düşünürəm ki, bu dəfə Türkiyə bunu bacaracaq”, – deputat etiraf edib.

Çepa onu da xatırladıb ki, Türkiyə öz maraqlarına xidmət edən siyasət yürüdür.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button