Dünya

Türkiyədə zəlzələ ilə bağlı əməliyyat başlandı

Türkiyənin 10 vilayətində böyük dağıntılara səbəb olan zəlzələdən sonra dağılan binalarla bağlı araşdırma başlanıb.

Jamaz.info xəbər verir ki, artıq bir neçə bölgədə podratçı şirkət rəhbərlərinə qarşı əməliyyatlar başladılıb.

Diyarbakır Prokurorluğu şəhərdə baş verən zəlzələdə dağılan binalarla bağlı sütunları kəsdiyi və tikinti qüsurları olduğu iddia edilən 29 nəfər haqqında həbs qərarı çıxarıb.

Qaziantepdə zəlzələ nəticəsində dağılan Ayşe-Mehmet Polat yaşayış kompleksinin podratçısı Mehmet Ertan Akay İstanbulda saxlanılıb.

Araşdırmalar zamanı uçan binanın sütununu kəsdiyi müəyyən edilən daha iki nəfər saxlanılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button