Dünya

Türkiyədə tanınmış aktyor siyasətə atıldı – Bu partiyaya üzv oldu

Türkiyənin məşhur aktyorlarından biri olan Cezmi Baskın aktiv siyasi fəaliyyətlə məşğul olmaq qərarına gəlib. O, Türkiyə Fəhlə Partiyasının (TİP) sıralarına qoşulub.

Jamaz.info xəbər verir ki, bu barədə TİP-in İstanbul vilayət təşkilatının sözçüsü Melis Akyürek tviter səhifəsində məlumat verib.

“Ölkəmizin qiymətli sənətçilərindən teatr əməkçisi, aktyor və rejissor Cezmi Baskın aramıza qatılaraq mübarizəmizə güc verdi. Bərabər və ədalətli sabahları hamımız birlikdə quracağıq. Xoş gəldiniz!”, – deyə o yazıb.

Qeyd olunub ki, C.Baskın siyasi fəaliyyətə yeni qoşulsa da, ictimai işlərdə, xüsusən teatr sahəsində çalışanların hüquqlarının müdafiəsində və bu istiqamətdə tədbirlərin təşkilində əvvəldən aktivliyi ilə seçilib.

Xatırladaq ki, aktyor Azərbaycanda daha çox “Akasya Durağı” serialındakı “Osman ağa” obrazı ilə tanınır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button