Dünya

Türkiyədə seçkilər 1 il təxirə salına bilər

Türkiyədə mayın 14-nə təyin edilmiş ümumi seçkilər ölkənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlərin nəticələrinə görə qeyri-mümkün ola bilər.

Jamaz.info xəbər verir ki, bu barədə TGRT Haber telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hakim AKP-nin səlahiyyətli komitələrində seçki tarixinin təxirə salınması ilə bağlı hər hansı qiymətləndirmə aparılmayıb. Amm artıq siqnallar gəlməyə başlayıb.

“Digər tərəfdən, müxalif Cümhuriyyət Xalq Partiyasının dəhlizlərində söz-söhbətlər dolaşır. Prezident Tayyib Ərdoğan seçkiləri ən azı 1 il təxirə salacaq”, – məlumatda bildirilib.

Telekanal Türkiyə Respublikası Konstitusiyasının 78-ci maddəsinə istinad edir ki, seçkilərin təxirə salınması üçün yeganə istisna müharibə vəziyyətidir.

Bundan əvvəl Türkiyə prezidenti Ərdoğan ölkədə ümumi (həm prezident, həm də parlament) seçkilərin mayın 14-nə təyin edildiyini bildirmişdi.

Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində baş vermiş 7,7 və 7,6 bal gücündə zəlzələlər on minlərlə insanın ölməsinə və yaralanmasına səbəb olub. Dağıntılar ölkənin 10 şəhərini əhatə edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button