Dünya

Türkiyə yeni kamikadze PUA-nı təqdim etdi: “ŞİMŞƏK”

Türkiyə hərbi sənayesi dünən yeni silahını təqdim edib. JAMAZ.İNFO xəbər verir ki, yeni silah kamikadze-dronlardır.

Belə ki, “Şimşək” adlanan PUA-nın bir çox özəllikləri var. Bu barədə danışan Türkiyə Aerokosmik Kompaniyasının (TAİ) rəhbəri Təməl Kotil bildirib ki, “Şimşək” üzərində 5 kq ağırlığında partlayıcı daşıyan bir PUA-dır. Onun sözlərinə görə, PUA-nın raidusu 200 km-ə yaxındır. “Biz ildə 100 ədəd “Şimşək” istehsal etməyi pıanlaşdırırıq”.

Qeyd edək ki, “Şimşək” 2012-ci ildən istehsal olunur. Lakin ötən gün onun ən yeni və modifikasiya olunmuş versiyasının seriya istehsalına start verilib. “Şimşək”in maksimal uçuş sürəti 740 km/saatdır. 15 min fut hündürlüyə qalxa bilir. Qanadlarının uzunluğu 1.5 metr, PUA-nın uzunluğu isə 3.4 metrdir. Yeni PUA düşmənin yerini müəyyən etdikdən qısa müddət sonra onu məhv etmək gücündədir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button