Dünya

Türkiyə XİN Şimali Koreyanın ballistik raket sınağını qınayıb

Türkiyə Xarici İşlər Nazirliyi Şimali Koreyanın ballistik raket sınağını pisləyib.
Jamaz.info apa-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.
Bəyanatda Türkiyə XİN bu ilin əvvəlindən bəri Şimali Koreyanın ballistik raket sınaqlarını artırdığını, noyabrın 18-də də qitələrarası ballistik raket sınağını həyata keçirdiyini qeyd edərək bu sınaqları qınadığını bildirib.
“Biz Şimali Koreyanın bütün beynəlxalq xəbərdarlıqlara baxmayaraq, bu məsuliyyətsiz davranışının regional sülh və sabitliyə mümkün mənfi təsirlərindən narahatıq.
Şimali Koreyanı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında üzərinə götürdüyü öhdəliklərə əməl etməyə və regionda daha da gərginliyə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq”, – deyə Türkiyə XİN vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button