Dünya

Türkiyə vətəndaşları 75 ölkədə səs verə biləcək

Türkiyənin xarici ölkələrdə yaşayan vətəndaşlarının seçkidə iştirakı ilə bağlı yeni məlumatlar açıqlanıb.

Jamaz.info “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının sədri Ahmet Yener danışıb.

“75 ölkədə fəaliyyət göstərən 156 nümayəndəlikdə vətəndaşlar səs verə biləcəklər. Budəfəki seçkilərdə daha 15 ölkədə seçki qutularının quraşdırılmasına qərar verilib”, – deyə Yener bildirib.

Qeyd edək ki, bundan əvvəl 60 ölkədə səsvermə keçirmək mümkün olub. Diplomatik nümayəndəliklərlə yanaşı, Türkiyənin sərhəd-keçid məntəqələrində də seçicilərin səs vermək imkanı mövcuddur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button