Dünya

Türkiyə-Ukrayna yaxınlaşmasına Kremlin reaksiyası

Rusiya Türkiyə ilə Ukrayna arasında münasibətlərin inkişafına qarşı ola bilməz.

Jamaz.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Eyni zamanda, əlbəttə ki, suveren dövlət olaraq Türkiyənin istənilən ölkə ilə, o cümlədən Ukrayna ilə münasibətləri inkişaf etdirmək üçün mütləq hüququ var. Amma təbii ki, Türkiyə ilə tərəfdaş olduğumuz üçün bu münasibətlərin inkişafının bundan sonra da bizə qarşı yönəlməyəcəyinə ümid etmək istəyirik”, – Peskov jurnalistlərə bildirib.

“Azov” batalyonunun rəhbərlərinin (Rusiya Federasiyasında qadağan olunmuş təşkilat kimi tanınan) Kiyevə köçürülməsini şərh edən Peskov bunu razılaşmaların pozulması adlandırıb.

Buna baxmayaraq, Türkiyə “kollektiv Qərb”in bir sıra ölkələrindən fərqli olaraq Rusiya ilə dialoqu davam etdirir və onu yüksək səviyyədə saxlayır”, – Kreml sözçüsü əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında “Azov”, “Prokopenko”, “Palamar” və “Volınski” batalyonlarının rəhbərləri Rusiya hərbçiləri ilə dəyişdirilib. Müqavilənin şərtlərinə görə, onlar Türkiyədə qalmalı idilər.

Onlar ötən şənbə Ukrayna prezidenti Vladimir Zelenski ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlardan sonra Ukrayna tərəfinə təhvil verilib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button