Dünya

Türkiyə seçkilərində üçüncü ittifaq

Türkiyədə bu il keçirilməsi planlaşdırılan parlament və prezident seçkilərində iştirak edəcək üçüncü seçki ittifaqı yaradılacaq.

Jamaz.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zəfər Partiyasının sədri Ümit Özdağ Məmləkət Partiyası ilə ittifaq quracağını açıqlayıb.

O bildirib ki, yeni yaradılan ittifaqın prezident seçkilərində namizədi Məmləkət Partiyasının sədri Muharrem İnce olacaq. Özdağ yeni qurulacaq seçki ittifaqının adını açıqlamayıb.

Qeyd edək ki, Türkiyədə bundan əvvəl keçirilən seçkilərdə iki seçki ittifaqı mövcud olub. Bunlar AKP və MHP-nin yaratdığı Cümhur İttifaqı və müxalifətin yaratdığı Millət İttifaqıdır. Hakim siyasi qüvvələrin prezident seçkilərində namizədi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır, müxalifət bloku isə hələlik namizədini açıqlamayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button