Dünya

Türkiyə seçkiləri: Ölkə xaricində səsvermə başa çatır

Bu vaxta qədər Türkiyə xaricində prezident seçkilərinin ikinci turu üçün 1 733 940 seçici səs verib.

Jamaz.info “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Ali Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, xaricdə səsvermə bu gün başa çatır. 28 may saat 17.00-a qədər gömrük məntəqələrindəki səsvermə prosesi isə davam edəcək.

Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button