Dünya

Türkiyə seçkiləri: Bəzi ölkələrdə səsvermənin müddəti uzadıldı

Türkiyədə prezident seçkilərinin ikinci turu ilə bağlı bir sıra xarici ölkələrdə səsvermə müddəti artırılıb.

Jamaz.info “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyası (YSK) məlumat yayıb.

Bildirilib ki, ABŞ, Kanada, Avstraliya, İrlandiya və Böyük Britaniyada səsvermə proseduru ilə bağlı müddətin uzadılmasına və bu ölkələrdə 20-24 may tarixlərində səsvermənin davam etdirilməsinə qərar verilib.

Bundan əvvəl ölkə xaricində 20-24 may tarixlərində səsvermə keçiriləcəyi açıqlansa da, ayrı-ayrı ölkələrdə müddət daha az idi. Məsələn, ilkin olaraq ABŞ-da səsvermə üçün 20 və 21 may tarixləri nəzərdə tutulmuşdu.

Qeyd edək ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button