Dünya

Türkiyə seçkiləri: Ərdoğan birinci yerdə olacaq

Türkiyə Ali Seçki Komissiyası prezident seçkilərində istifadə ediləcək seçki bülletenində namizədlərin sıra nömrəsini müəyyən edib.

Jamaz.info xəbər verir ki, namizədlərin sıra nömrəsi püşkatma yolu ilə təyin olunub.

Beləliklə, seçki bülletenində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birinci, Məmləkət Partiyasının sədri Muharrem İnce ikinci, CHP lideri Kemal Kılıçdaroğlu üçüncü, ATA İttifaqının namizədi Sinan Oğan isə dördüncü yerdə olacaq.

Qeyd edək ki, Türiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button