Dünya

Türkiyə Rusiyadan güzəştli qiymətə neft və qaz alacaq

Yeni ilin əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilə bilər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.

Həmin məlumat prezident Ərdoğanın açıqlamasına istinad edilir. Belə ki, Ərdoğan açıqlamasında hazırda ölkədə büdcə kəsirinin bahalı neft və qaz qiymətlərinə görə yarandığını bildirib. O deyib ki, yeni ilin əvvəlində bununla bağlı rusiyalı həmkarı ilə görüşəcək. Görüşdə Rusiyadan Türkiyə üçün neft və qaz alışı zamanı özəl qiymət müəyyən edilməsi istəniləcək. O, bu istəklərinin reallaşacağına əmin olduğunu da deyib.

JAMAZ.İNFO xəbər verir ki, hal hazırda Türkiyə digər illərə nisbətən neft və qaza büdcədən 60 milyard dollar əlavə pul xərcləyir. Buna səbəb isə dünya bazarından neft və qazın sürətlə bahalaşmasıdır.

MÜSİAD Enerji və Ətraf Mühit Sektorunun rəhbəri Altuğ Karataş bununla bağlı deyib ki, panedmiya dövründə Türkiyə neft və qaz alışına 40 milyard dollar xərcləyirdisə, hazırda bu rəqəm 100 milyard təşkil edir. “Bu qədər fərq təbii ki, büdcə kəsirinin çoxalmasına gətirib çıxarıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button