Dünya

Türkiyə ordu göndərir – Vəziyyət gərgindir

Kosovo hadisələrindən sonra NATO-nun Neapoldakı Birgə Qərargahının sorğusuna cavab olaraq Türkiyə Kosovoya bir komando batalyonu göndərir.

Jamaz.info xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 65-ci Mexanikləşdirilmiş Piyada Briqadasına bağlı bir tabor ehtiyat batalyon olaraq təyin edilib. Batalyonun iyunun 4-5-də Kosovodakı Sultan Murad bazasında yerləşdirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyi onu da vurğulayıb ki, Ankara münaqişə tərəflərini təmkinli olmağa çağırır.

Xatırladaq ki, mayın 29-da axşam saatlarında Kosovonun Zvecan bələdiyyəsində iğtişaşlar baş verib. Yerli hökumət binası qarşısına toplaşan serblər Kosovo polisinin geri çəkilməsini və Kosovo alban merinin geri çağırılmasını tələb ediblər. Onların qarşısını Kosovo polisi və NATO silahlı kontingenti alıb.

Toqquşmalar nəticəsində rəsmi mənbələrə görə, 52 serb yaralanıb. KFOR tərəfindən əsasən macarlar və italyanlar olmaqla 41 qurban var.

Serblərə qarşı silah, dəyənək, gözyaşardıcı qaz və 30-a yaxın səs-küylü qumbaradan istifadə edilib.

Kosovo serblərinin ən böyük partiyası olan Serbian List-in nümayəndələri etirazlarda təhlükəsizliyi təmin etmək üçün KFOR komandanlığı ilə danışıqlara başlayıb. Partiyanın lideri Qoran Rakiç NATO hərbçilərinin Zveçanın 5 kəsişməsində də yerləşdiyini bildirib və serblərin KFOR ilə “heç bir problemi olmadığını” xatırladıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button