Dünya

Türkiyə ilə Ermənistan arasındakı quru sərhəd açılacaqmı?

“Türkiyə-Ermənistan arasındakı sonuncu razılaşma ondan ibarət idi ki, turizm mövsümünün əvvəlində quru sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmalıdır. Ermənistan tərəfi Marqarada müvafiq infrastrukturun qaydaya salınması istiqamətində iş aparır”.

Jamaz.info xəbər verir ki, bu barədə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan bildirib.

“Biz bu işləri tezliklə başa çatdıracağıq və ümid edirik ki, Türkiyə tərəfi də razılaşmaya əməl edəcək. Proses dalana dirənməyib və mən Türkiyənin xüsusi nümayəndəsi ilə lazım gəldikdə danışıram. Hazırda görüşlərlə bağlı razılaşma yoxdur. Əgər olsa, bu barədə mütləq məlumat verəcəyik”, – deyə o əlavə edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button